CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekoloji sağlamlıq naminə bu avtomobillərə görə güzəşt olmalıdır

© AFP 2023 / ROBYN BECKHibrid avtomobil
Hibrid avtomobil - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
"Hökumət faktiki olaraq hibrid avtomobillərin idxalını həm rüsum, həm də vergidən azad etməlidir. Elektron avtomobillərə də müəyyən güzəştlər tətbiq edilə bilər".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. 2021-ci ilin yanvar ayı ərzində Azərbaycana daxili yanma mühərrikli avtomobillərlə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 459 ədəd avtomobil idxal edilib. Onların ümumi idxal dəyəri 2 milyon 321,3 min dollar təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə idxal həcmi 30,3 faiz və ya 200 ədəd az olub. Eləcə də, ötən ay yalnız elektrik mühərriklə hərəkətə gətirilən iki ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 358,5 min dolları əhatə edib. 2020-ci ilin yanvar ayı ilə müqayisədə idxal həcmi 3,5 dəfə və ya beş ədəd az olub.

Bu gün pandemiya ilə əlaqədar olaraq metronun fəaliyyətinin dayandırılması Bakıda ictimai nəqliyyatı iflic vəziyyətə salıb. Avtobuslar metronun sərnişin yükünü qaldıra bilmədiyi üçün əksəriyyət şəxsi avtomobilə, taksiyə daha çox üstünlük verir ki, bu da yollarla yanaşı paytaxtın ekoloji durumunu da bərbad vəziyyətə salıb.

Necə edək ki, Azərbaycanda hibrid avtomobillərə üstünlük verilsin? Ekoloji sağlamlığı qorumaq üçün bu avtomobillərə görə hansı güzəştlər tətbiq edilə bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Hökumətin yanaşması daha çox elektrik avtomobillərinə güzəştin verilməsinə yönəlib. Lakin burada da tam güzəştdən söhbət getmir. Sadəcə olaraq bu avtomiblllər əlavə dəyər vergisindən azad edilir. Atmosferə zərərli tullantıların atılması ilə mübarizədə hibrid avtomobillər digərləri ilə müqayisədə daha sərfəlidirlər".

Автомобильный вор, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.03.2021
RUSİYA
Rusiyada ən çox qaçırılan avtomobillərin siyahısı

"Mövcud servis, hissələrin satış imkanı dəyərləndirildikdə, elektron avtomobillərin depolanması ilə bağlı imkanlar göz önünə gətirildikdə deyə bilərik ki, indiki halda ən yaxşı yanaşma məhz hibrid avtomobillərin Azərbaycan bazarında avtoparkının təşkil edilməsi istiqamətində təşviq mexanizmlərinin həyata keçirilməsidir. Çünki bizim bazar hələ ki, elektron avtomobillərə görə tam hazır deyil. Statistikaya da nəzər salsanız, görərsiniz ki, Azərbaycana hibrid avtomobillər elektron avtomobillərlə müqayisədə 400-500 dəfə daha çox gətirilir", - deyə R.Həsənov əlavə edib.

O bildirib ki, xüsusən də son 3 ildə hibrid avtomobillərinin ölkəyə idxalı artıb: "Bu nüans da hökumətin daha normal və konseptual yanaşma ortaya qoyması üçün şərait yaradır. Hökumət faktiki olaraq hibrid avtomobillərin idxalını həm rüsum, həm də vergidən azad etməlidir. Elektron avtomobillərə də müəyyən güzəştlər tətbiq edilə bilər. Məsələn, dünya təcrübəsində olduğu kimi, elektron avtomobilin alışı zamanı subsidiyanın verilməsi də mütərəqqi addımlardan olardı. Eyni zamanda da güzəştli kreditlərin verilməsi, avtomobil parkının ultilizasiyası proqramı çərçivəsində vətəndaşlara hibrid avtomobilərin istehlakı zamanı güzəştli, kiçik faizlə, yaxud da faizsiz kreditlərin təşkil edilməsi xüsusi ilə köhnəlmiş avtoparkların daha sürətlə hibridləşməsi istiqamətində bir mövqe ortaya qoyar. Yaşıl iqtisadiyyat, ekoloji sağlamlıq üçün bu çox vacib yanaşmadır".

Xəbər lenti
0