CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO

© AR Ministry of DefenceTəlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur  - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

BAKI, 15 mart — Sputnik. Əməliyyat-taktiki təlimlərində plana uyğun olaraq, qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

Xəbər lenti
0