12:04 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
CƏMİYYƏT
Qısa URL
21810

Hər bir xalqın özünəməxsus adət-ənənəsi, milli bayramları var. Rus xalqının Maslenitsa adlı bayramı isə bizim milli bayramımız olan Novruza bənzəyir.

Leyla  Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Maslenitsa xristianlıqdan əvvəlki dövrə aiddir və bütpərəst mədəniyyətindən miras qalıb. Bayramda mütləq şəkildə tonqallar qalanır, insanlar tonqalların üzərindən atlanır, yumurtalar boyanır və süfrələr açılır.

Azərbaycan əhalisinin milli tərkibində müxtəlif xalqların nümayəndələri arasında ruslar da çoxluq təşkil edirlər. Xaçmaz rayonunda yaşayan rus icması və əhalisi öz adət-ənənələrini və mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, ölkəmizin azad vətəndaşı kimi öz milli bayramlarını qeyd edirlər.

Sputnik Azərbaycan Maslenitsa bayramının necə qeyd edildiyi barədə Xaçmazda yerləşən rus icmasının sədri Navi Azar ilə həmsöhbət oldu. O, bizə hər il bu bayramı qeyd etdiklərini, burada öz adət-ənənələrinə sadiq çıxaraq lazımi qaydada keçirdiklərini bildirdi:

“Əslində, bu bayram bizə bütpərəstlikdən qalıb. Maslenitsada müxtəlif tədbirlər keçirilir. Bayramda mütləq şəkildə blin (blinçik) bişirilir. Blinlər Günəşin çıxmasını, qışın yola salınması və yazın gəlişini simvolizə edir. Bir növ ritual məna daşıyır. Yəni yumru, qırmızı, isti blinlər Günəşin rəmzi  hesab olunur. Yarilo - yəni Tanrı üçün kilsələrdə bişirilir bu blinlər. Əsasən bu bayramı pravoslav ruslar qeyd edirlər. Hamı kilsəyə gəlir, bərəkətli il olması üçün dualar edir, bir-birləri ilə bayramlaşırlar. 

Bundan başqa, yumurtalar boyanır, şamlar yandırılır. Hər ailə  mütləq şəkildə tonqal qalayır və o  tonqalın üzərindən atlayırlar. “Maslenitsa“ adlı müqəvva yandırılır. Bunun da səbəbi bütün çətinliklərin keçmişdə qalması üçündür. Bundan başqa, bu günlərdə hər kəs qəbristanlığa gedib öz yaxınlarını yad edir, onların ruhu üçün dualar oxuyur.

  • Bayrama hazırlıq zamanı
    © Sputnik / Leyla Abdullayeva
  • Maslenitsaya hazırlıq
    © Sputnik / Leyla Abdullayeva
  • Maslenitsaya hazırlıq
    © Sputnik / Leyla Abdullayeva
  • Maslenitsaya hazırlıq
    © Sputnik / Leyla Abdullayeva
1 / 4
© Sputnik / Leyla Abdullayeva
Bayrama hazırlıq zamanı

Bu gün bu bayramın son günüdür. Sabahdan yeni gün başlayır. Pasxa bayramına qədər davam edəcək bu günlərdə insanlar oruc tutacaqlar”.

İcma sədri  bayramı qeyd etmək üçün Azərbaycanda onlara hər cür şəraitin yaradıldığını da dilə gətirdi.

“Biz heç vaxt burada özümüzü başqa millət kimi hiss etməmişik. Çünki o doğmalığı, sevgini həm insanlar, həm də rayon rəhbərliyi tərəfindən hiss etmişik. Biz icma rəhbərləri tez-tez toplaşıb müzakirələr aparırıq. Bizim icmada təxminən 300 nəfərə yaxın insan var. Biz bayramlarla yanaşı, həm də dəfn mərasimlərində, xeyir işlərdə bir-birimizə dəstək oluruq.

Hər hansı bir problem olarsa, rayon rəhbərliyi, polis əməkdaşları ilə birgə hərəkətə keçib onun həllini tapırıq. Rayon rəhbərliyi bizə çox böyük ehtiram göstərir. Bu yaxınlarda rayon icra başçısı Elnur Rzayev bizimlə birgə qəbristanlığa getdi, tapşırıqlar verdi ki, qəbristanlıq tezliklə təmir olunsun, hər tərəfdən hasara alınması üçün göstəriş verdi. O, bizim arzu və istəklərimizə diqqətlə qulaq asıb, tezliklə həll edilməsi üçün əlindən gələni əsirgəməyəcəyini dedi.

Biz hər il olduğu kimi bu il də pandemiya qaydalarına nəzərə alaraq Nikolay Çudotvoretsin adına olan kilsəmizə gedib dularımızı etdik.  Əvvəlki illərdə rus icmasının başçısı Aleksandr ata Xaçmaza gəlir, burada bizimlə birgə bayram qeyd edirdi.  Bu il isə biz özümüz qeyd etdik”,  –Azar bəy deyir.

Onu da qeyd edək ki, əvvəlki illərdə Maslenitsada müxtəlif maraqlı  tamaşalar keçirilib. Gənclər yığışıb yumruq döyüşləri, dağdan sürüşmə, at arabasında gəzintilər təşkil edirlərmiş.

 

Teqlər:
adət-ənənə, Xaçmaz, Maslenitsa, bayram, rus icması

Əsas mövzular