16:39 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
CƏMİYYƏT
Qısa URL
9 0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, ümumilikdə “Övladlığagötürmə altsistemi” ilə 227 müraciət daxil olub.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslər arasında maraq daha çox oğlan uşaqlarınadır. Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, ümumilikdə “Övladlığagötürmə altsistemi” ilə 227 müraciət daxil olub.

Onlardan 70%-i oğlan uşağı, 30%-i qız uşağı övladlığa götürmək istədiklərini bildirib. Övladlığagötürmə üzrə yaş və cins kateqoriyası, övladlığagötürmənin növü isə belədir: “ Övladlığa verilmiş uşaqların 17-i oğlan, 15-i qız uşaqlarıdır.  Övladlığagötürmə növü- ögey ata (ana) tərəfindən övladlığa götürmə – 6, yaxın qohum tərəfindən övladlığa götürmə – 21, müəssisədən övladlığa götürmə – 3, valideynlərarası razılıq əsasında övladlığa götürmə – 2-dir. Övladlığa götürülən uşaqlar 0-3 yaş arası uşaqlar – 14, 4-11 yaş arası uşaqlar – 17 , 12-18 yaş arası uşaqlar – 1-dir.

Əsas mövzular