CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Küləkdən qorunmaq lazım deyil" - azərbaycanlı akademik

© AFP 2023 / JEFF PACHOUDВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
AMEA-nın akademiki TV-də çıxışı zamanı bildirib ki, küləklərin nəinki tezliyi, gücü də yaxın zamanlarda artacaq. Ondan qorunmaq isə lazım deyil.

BAKI, - 12 mart - Sputnik. Bakıda küləklərin getdikcə çoxalması dünyada baş verən qlobal iqlim dəyişmələri ilə əlaqədardır. Bu təbiət hadisəsi getdikcə daha da artacaq və onların həm tezliyinin, həm də amplitudunun (gücünün) artması gözləniləndir.

Güclü külək nəticəsində qırılan ağac - Sputnik Azərbaycan, 1920, 07.03.2021
HADİSƏ
Bakıda bədbəxt hadisə: Külək gənc qadının həyatına son qoydu - VİDEO

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ARB kanalında külək və onun fəsadları haqqında danışarkən deyib.

Akademikin sözlərinə görə, küləyin fəsadları təkcə evlərin dam örtüklərinin uçması, ağacların aşması kimi hallarda özünü göstərmir, bu fəsadlar açıq dənizdə gəmilərin hərəkətində, neftçilərin fəaliyyətində, tikintidə daha kəskin şəkildə özünü büruzə verir. Xalq arasında “qara yel” deyilən güclü külək əkin sahələrində bitkilərin məhvinə  də səbəb ola bilər.

“Bəs küləyin fəsadlarından necə qorunmalı?” sualına alim: “Ondan qorunmaq yox, ona adaptasiya olunmaq lazımdır, insanlar belə hadisələrin istənilən an baş verə biləcəyini nəzərə almalı, həmişə hazırlıqlı olmalıdırlar”, - cavabını verib. 

Xəbər lenti
0