12:29 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
2010

Nəqliyyat ləngimələrinə səbəb olduğundan və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırdığından Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki mövcud geriyədönmə yeri ləğv edilib.

BAKI, 12 mart — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən layihə əsasında Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, Zahid Xəlilov, Əhməd Cəmil, Həsən Məcidov küçələrində əsaslı araşdırmalar aparılıb.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə aşağıdakı nəqliyyat problemləri aşkarlanıb:

- Əbdürrəhim bəy Haqverdiyev və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin nizamlanmaması, eyni zamanda piyada intensivliyinin yüksək olması səbəbindən nəqliyyat axınına maneələrin yaranması;

- Zahid Xəlilov və Əhməd Cəmil küçələrinin şimal və cənub hissələrinin birbaşa əlaqələndirmə imkanlarının olmaması;

- Zahid Xəlilov və Əhməd Cəmil küçələrinin Həsən Məcidov küçəsi ilə kəsişmələrinin nizamlanmaması - kəsişən yolların eyni xarakterə malik olması və nəqliyyat vasitələrinin artan intensivliyi səbəbindən mütəmadi olaraq yol nəqliyyat hadisələrinin baş verməsi;

- Zahid Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən Ə. Haqverdiyev küçəsinə kimi olan hissəsi) universitet, institut, məktəb, yaşayış binalarının yerləşməsi və yolun nəqliyyat təlabatına uyğun olmaması səbəbindən tıxacların yaranması.

Rəsmi məlumata görə, qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə aşağıdakı tədbirlər görülüb:

- Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində, Həsən Məcidov küçəsinin isə Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində svetofor obyektləri quraşdırılıb;

- Nəqliyyat ləngimələrinə səbəb olduğundan və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırdığından Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki mövcud geriyədönmə yeri ləğv edilib;

- Zahid Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə kimi hissəsi) hərəkət birtərəfli təşkil edilib.

Həyata keçirilmiş dəyişikliklər nəticəsində:

- Ərazidə nəqliyyat sıxlıqları aradan qaldırılıb;

- Yol kəsişmələrində hərəkət növbəliliyi təmin edilib;

- Piyadaların, nəqliyyat vasitələrinin rahatlığı və təhlükəsizliyi təmin edilib.

- Əhməd Cəmil və Zahid Xəlilov küçələrinin şimal və cənub hissələri əlaqələndirilib.

Teqlər:
video, dəyişiklik, BNA, küçə, Bakı

Əsas mövzular