CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qar yağdı, minlərlə insan işıqsız qaldı - FOTO

© Sputnik / Leyla AbdullayevaQuba və Xızı rayonlarına qar yağıb
Quba və Xızı rayonlarına qar yağıb - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Qarın yağması Xaçmazda elektrik enerjisinin verilişində problemlər yaradıb. Hazırda qar səbəbindən 17 kənddə təxminən 2200 abonent işıqsız qalıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. Dünən axşam saatlarından şimal bölgəsinə yağan qarın hündürlüyü Qusarda 14-15, Qubada 12, Şabran və Xaçmazda isə 7-8 sm-dən çoxdur. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, ötən gecə qarla yanaşı, şaxtalı hava da müşahidə edilib. Quba ərazi Hidrometeorologiya Müəssisəsindən aldığımız məlumata görə, bu gün səhər Qubanın Qrız kəndində 13,6 dərəcə şaxta qeydə alınıb.

© Sputnik / Leyla AbdullayevaQubada qarlı hava
Qar yağdı, minlərlə insan işıqsız qaldı - FOTO - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Qubada qarlı hava

Qarın yağması Xaçmazda elektrik enerjisinin verilişində problemlər yaradıb. Hazırda qar səbəbindən 17 kənddə təxminən 2200 abonent işıqsız qalıb. Rayon rəhbərliyindən aldığımız məlumata görə, "Azərişıq" ASC-nin qəza briqadası təbii hadisənin fəsadlarının aradan qaldırılması ilə məşğuldur, yaxın saatlarda enerji verilişnin tam bərpa olunması gözlənilir.

Onu da qeyd edək ki, hal-hazırda qarın yağması davam edir.

Xəbər lenti
0