CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi yollar buz bağlayıb - Respublikada son durum

© Sputnik / Murad OrujovПервый снег в Баку
Первый снег в Баку  - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.

BAKI, 12 mart — Sputnik. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi marşrutu boyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilir. Bu barədə Azərbayan Avtomobil Yolları Dövlət Agnetliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bu saata yollardakı ümumi vəziyyət belədir:

Bakı-Şamaxı yolunda hərəkətdə çətinlik yaranıb - Sputnik Azərbaycan, 1920, 12.03.2021
VİDEO
Bakı-Şamaxı yolunda sürücü və polislər qarla savaşırlar - VİDEO

Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.

Giləzi - Xızı marşrutu boyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

Bakı - Qobustan istiqamətlərində güclü küləklə müşayiət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan - Şamaxı - Muğanlıda: Qar yağır, İsmayıllı rayonu ərazisində 15-20 sm qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı - Ağsu - Yevlaxda: Qar yağır, Yolun Muğanlı-Ağsu hissəsində 5-6 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var.

Bakı - Ələt - Hacıqabulda: Yolun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlaxda: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədində: Yolun Gəncə-Qazax hissəsində qar yağır, Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllıda: Qar yağır, qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. 3-4 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

İsmayıllı - Qəbələ - Oğuz - Şəkidə: Marşrut boyu qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədində: Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şaxta yoxdur.

Mingəçevirdə qardan sonra vəziyyət - Sputnik Azərbaycan, 1920, 12.03.2021
HADİSƏ
Aranın qışı sona düşdü, Mingəçevirdə yağan qar fəsadlar törətdi - FOTOLAR

Yevlax – Şəkidə (Göybulaq): Şəki rayonu ərazisində qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaqda: Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəydə: Marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədində: Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı – Yardımlıda: Yardımlı rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerikdə: Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Hacıqabul – Bəhramtəpə – Horadizdə: Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Xəbər lenti
0