13:00 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
13410

Türkiyə COVID-19 infeksiyası ilə bağlı ölkəyə gələn aviasərnişinlərə xəbərdarlıq edib. Bundan belə onlara kağız anket doldurmaq yasaqdır.

BAKI, 11 mart — Sputnik. Təyyarə ilə Türkiyəyə gələn sərnişinlər martın 15-dən etibarən COVID-19-a nəzarət üzrə kağız deyil, elektron anket doldurmalı olacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Səhiyyə Nazirliyindən olan rəsmi bildirib.

"Martın 15-dən etibarən Türkiyə DİN-in qərarı ilə ölkəyə giriş üçün kağız anket ləğv olunur, onu elektron formada doldurmaq lazım olacaq. Yenilik yalnız hava yolu ilə ölkəyə gələcək şəxslərə şamil olunacaq", - deyə nazirliyin rəsmisi bildirib.

Qeyd olunur ki, Türkiyəyə gələn sərnişinlər uçuşa 72 saat qalmış bu ölkənin Səhiyyə Nazirliyinin saytında yerləşdirilən anketi doldurmalı və onu elektron qurğuya yükləməlidirlər.

 

Teqlər:
aviasiya, sərnişin, Azərbaycan, Türkiyə

Əsas mövzular