04:15 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
13 0 0

Daha öncə distant təhsilə keçirilən Bakı şəhəri 82 nömrəli və Qaradağ rayonu Lökbatan qəsəbəsi 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir.

BAKI, 10 mart — Sputnik. Təhsil Nazirliyi məktəblərdə COVID-19-la bağlı vəziyyətə dair məlumat yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilib ki, 22 fevral - 10 mart tarixlərində ölkə ərazisində 4 416 məktəb, 89 223 sinifdə qismən ənənəvi tədris təşkil edilib.

Həmin müddətdə distant təhsilə keçirilən siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilən məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi). Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Ağdam rayonu 19 nömrəli və Əfətli kənd, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli, Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd və Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir.

Daha öncə distant təhsilə keçirilən Bakı şəhəri 82 nömrəli və Qaradağ rayonu Lökbatan qəsəbəsi 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir. Qeyd edək ki, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir.

Əsas mövzular