17:31 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
9 0 0

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək müvafiq icazə olmadan ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

BAKI, 10 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixindən hazırkı günədək işğaldan azad edilmiş ərazilərdə minaya düşənlərin sayı açıqlanıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə 10 mülki şəxs həlak olub, 11 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

Əsas mövzular