07:24 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
2310

Mehriban Əliyeva Azərbaycan qadınının Vətən müharibəsi günlərində misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiyini vurğulayıb.

BAKI, 8 mart - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.

"Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!" - Mehriban Əliyevanın paylaşımında deyilir. 

Teqlər:
Instagram, təbrik, Birinci vitse-prezident Mehriban Əliyeva, 8 Mart Beynəlxalq Qadınlar Günü

Əsas mövzular