12:50 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
22311

Sosial şəbəkələrdə hərbi vəzifəlilərə Səfərbərlik Xidmətindən zənglər edilməsi barədə məlumatlar yayılıb.

BAKI, 2 mart — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vəzifəlilərə zənglər edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

SHXÇDX-dən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasında Qismən səfərbərlik elan olunub: "Prezidentin Sərəncama əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi vəzifəlilərlə kompletktləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamıyla hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.

Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Prezident tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil".

Teqlər:
açıqlama, sosial şəbəkələr, zəng, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, səfərbərlik

Əsas mövzular

  • Rusiya ilə sərhəd

    Rusiya Federasiyasının (RF) "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib.

    11
  • Rejissor Eldar Quliyev

    Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

    536
  • Direktor, arxiv şəkli

    Ekspertin fikrincə, bəzi məmurlar məktəb rəhbərlərinin kim olmasına qəsdən göz yumurlar. Belə olan halda isə keyfiyyətdən danışmaq mümkün deyil.

    1227