CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və Abşeronda bu gündən yarmarkalar fəaliyyətə başladı

© Sputnik / Irade JELILBakıda qış yarmarkası
Bakıda qış yarmarkası - Sputnik Azərbaycan, 1920, 27.02.2021
Abunə olmaq
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bakı və Abşeron ərazisində bu gündən üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Xəbər lenti
0