CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ağac kəsən şəxs cəzalandırıldı

© AFP 2023 / JORGE GUERREROВырубка дерева, фото из архива
Вырубка дерева, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Oğuz şəhər sakini Cavanşir Abışov tərəfindən kəsildiyi və təbiətə 2165 manat məbləğində ziyan dəydiyi müəyyən edilib

BAKI, 26 fevral — Sputnik. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Xaçmaz meşəbəyliyində 3 palıd ağacının kəsildiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı ağacların Oğuz şəhər sakini Cavanşir Abışov tərəfindən kəsildiyi və təbiətə 2165 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0