CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi Elxan İbrahimovla bağlı məsələyə aydınlıq gətirdi

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

BAKI, 26 fevral — Sputnik. Polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi, hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bildiririk ki, Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib".

Xəbər lenti
0