CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ad gününü heç vaxt qeyd etməyən Xocalı - Söhbət şəkili gəncdən gedir

© Sputnik / Ibrahim HashimovXocalı İsmayılov
Xocalı İsmayılov  - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Müşviq İsmayılov: "Uşaq dünyaya gələndə ad barədə qərara gəlməmişdik. 5-10 gün sonra atam gəlib dedi ki, uşağa ad qoymuşam - Xocalı".

İbrahim Həşimov, Sputnik Azərbaycan.

BAKI, 26 fevral — Sputnik. Xocalı İsmayılov 1992-ci il fevralın 26-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Kəndin vətənpərvər ziyalılarından olan Salman İsmayılov da nəvəsinin adını Xocalı qoymaq qərarına gəlib. Xocalının atası Müşviq İsmayılov Sputnik Azərbaycan-a bildirib ki, bu adı övladına qoymaq istəyərkən maneələrlə də üzləşiblər.

"Uşaq dünyaya gələndə ad barədə qərara gəlməmişdik. 5-10 gün sonra atam gəlib dedi ki, uşağa ad qoymuşam - Xocalı. O vaxt rayonda o adı qoymağa imkan vermirdilər. Atam məktəbdə direktor müavini idi. Rayon rəhbərliyi ilə danışdı, tanıyırdılar onu. İcazə verdilər. Çox faciəvi gün idi. Atam da vətənini sevən insan idi. Təsəvvür edin ki, atam həftələrlə o hadisələrin təsirində qalmışdı. Bu cür acılara dözə bilmədi, ömrü qısa oldu. 1996-cı ildə infarktdan rəhmətə getdi", - M.İsmayılov bildirib.

Müşviq İsmayılovun sözlərinə görə, 29 ildir Xocalının doğum gününü qeyd etmirlər.

© Sputnik / Ibrahim Hashimov
Xocalı İsmayılov  - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ibrahim Hashimov
Xocalı İsmayılov  - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ibrahim Hashimov
Xocalı İsmayılov  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

"Bu günə kimi, 29 ildir biz Xocalıya ad günü keçirməmişik. Amma qələbə oldu. Düzdür, şəhidlərimiz oldu. Amma hamısının qisası alındı. Gələn ildən doğum gününü qeyd edəcəyik. Kiçik marketimiz var. Tarixi unutdurmamaq üçün onun da adını Xocalı qoymuşuq".

Xocalı İsmayılov deyir ki, ona verilən bu ad hər kəsin marağına səbəb olur. Ən maraqlı tərəfi isə özünün də məhz Xocalı faciəsi günü dünyaya gəlməsidir.

"İş kollektivimdə, harasa qonaq getdikdə bu ad çox maraqla qarşılanır. Hamı soruşur ki, nə məqsədlə qoyulub? Artıq müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edib. Babam kimi bütün vətənpərvər insanların, xüsusən də şəhidlərimizin ruhları şaddır", - deyə X.İsmayılov vurğulayıb.

Xocalı doğum gününü ilk olaraq adını daşıdığı şəhərdə qeyd etmək niyyətindədir.

"29 ildir doğum günü qeyd etmirəm. İstəyirəm ki, gələn il 30 yaşımı, ilk dəfə doğum günümü Xocalıda qeyd edim. İlk doğum günümü adını yaşatdığım torpaqda qeyd etmək istəyirəm. Rusiyada olduğum müddətdə də həmişə bu adın mənasını oradakı insanlara başa salmışam, onlara Xocalı soyqırımından danışmışam".

Xəbər lenti
0