CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bütün istiqamətlərdə yollardakı SON VƏZİYYƏT

© Sputnik / Murad OrujovBakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

BAKI, 25 fevral — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar əsas avtomobil yollarının vəziyyətini açıqlayıb. Sputnik Azərbaycan-a Agentikdən verilən məlumata görə, yollarda son vəziyyət belədir. 

1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi

Yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

2 Giləzi - Xızı

Bakıda qar, 24 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 25.02.2021
CƏMİYYƏT
Bakıda temperatur yüksəlib - Faktiki hava açıqlandı

Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

3 Bakı - Qobustan

Yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

4 Qobustan - Şamaxı - Muğanlı Yağıntı yoxdur, yol açıqdır,

Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

5 Muğanlı - Ağsu - Yevlax

Yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

6 Bakı - Ələt - Hacıqabul

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

7 Hacıqabul - Ucar - Yevlax

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

8 Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi

Buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.02.2021
HADİSƏ
Sabahın hava proqnozu açıqlandı

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

9 Muğanlı - İsmayıllı

Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir.

10 İsmayıllı - Qəbələ - Oğuz- Şəki

Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

11 Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

12 Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

13 Gəncə - Daşkəsən - Xoşbulaq

Daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

14 Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

15 Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi

Ситуация в Лянкоране после снегопада, 25 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Qar yolların təmizlənməsinə məsul olanlar üçün qazanc mənbəyi oldu - Deputat

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

16 Masallı – Yardımlı

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

17 Lənkəran – Lerik

Yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

18 Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Xəbər lenti
0