CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibə iştirakçısına vəzifə verildi

© REUTERS / Jonathan Ernstтень Дональда Трампа, фото из архива
тень Дональда Трампа, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
Orxan Aydınov 2016-cı ildən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib

 

BAKI, 25 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində təyinat olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti başçısının əmri ilə qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Orxan Xəqani oğlu Aydınov təyin edilib.

Qeyd edirik ki, Orxan Aydınov 2016-cı ildən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.

Xəbər lenti
0