CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bu günə şükür oxutduracaq - hava proqnozu

© Sputnik / Murad OrujovПервый снег в Баку
Первый снег в Баку  - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq

BAKI, 24 fevral — Sputnik. Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

Sputnik Azərbaycan qurumun məlumatına istinadla bildirir ki, fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ситуация в Баку после снегопада, 24 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 24.02.2021
CƏMİYYƏT
Gün yarısı hava durumu - yağıntı davam edir

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.

Xəbər lenti
0