CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gün yarısı hava durumu - yağıntı davam edir

© Sputnik / Zulfiyya GuluyevaСитуация в Баку после снегопада, 24 февраля 2021 года
Ситуация в Баку после снегопада, 24 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Azərbaycanda hava şəraiti fevralın 23-2 saat 16 radələrindən kəskin dəyişib. Əksər rayonlara, o cümlədən Bakıya güclü qar yağıb, yolları buz tutub.

BAKI, 24 fevral - Sputnik. Milli Hidrometeorologiya Xidməti fevralın 24-ü saat 12:00-a olan faktiki hava durumunu açıqlayıb.

Sputnik Azərbaycan qurumun məlumatına əsasən bildirir ki, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Первый снег в Баку - Sputnik Azərbaycan, 1920, 24.02.2021
CƏMİYYƏT
Bu istiqamətlərə avtobuslar hərəkət edə bilmir - BNA

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Altıağac, Şabranda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Astarada 2 sm, Şəki, Xaçmaz, Yardımlıda 1 sm, Bakıda 20 sm, Sumqayıtda 8 sm, Binədə 6 sm, Maştağada 5 sm olub.

Qar yağışı davam edir. Güclü külək müşahidə olunur.

Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər paytaxtda havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bir çox yollar buz bağlayıb.

Xəbər lenti
0