10:15 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
Bakı qarın əsarətində (30)
11

"Havaların daha soyuq olması ilə əlaqədar olaraq tələbat böyük olduğundan qazın qəbulunda da artım olub" - Ceyhun Səfərov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. "Əhali xətləri üzrə ayın 23-də 32 milyon kub metrə yaxın qaz qəbul etmişik".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov deyib. O bildirib ki, havaların soyuması ilə əlaqədar olaraq qazın verilişində artım olub: "Ötən ilin eyni dövrü, 2020-ci ilin 23 fevral tarixi ilə müqayisə etsək, 6 milyon kubmetr artıq qaz qəbul olunub. Havaların daha soyuq olması ilə laqədar olaraq tələbat böyük olduğundan qazın qəbulunda da artım olub. Fevralın 21-də hava mülayim olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə qazın verilişində 8 milyon kubmetr artım olmuşdu".

"Fevralın 17-dən 21-dək isə gündəlik olaraq qazın verilişində azı 4 milyon kubmetr artım olub", - deyə C.Səfərov bildirib.

Qeyd edək ki, minik avtomobillərinin qaz xətlərinə çırpılması ilə əlaqədar olaraq hazırda bəzi ərazilərin qaz təchizatında problemlər var. Bu səbəbdən mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Mövzu:
Bakı qarın əsarətində (30)
Teqlər:
artım, təminat, qaz

Əsas mövzular