10:22 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
CƏMİYYƏT
Qısa URL
19 0 0

"Səhər saatlarında 9 belə avtomobil yolun hərəkət hissəsində xarab olaraq qalıb ki, bu da həmin ərazilərdə süni sıxlığa səbəb olub" - Vaqif Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. "20 Yanvar" ərazisindəki körpünün üzəri ilə Sumqayıt istiqamətinə gedən yolda buzlaşma ehtimalı var. Bəzi tunellərin girişi və çıxışında hərəkətlə bağlı sürüşmə ehtimalı var".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

  • Bakıda qar təmizləyən texnika 24 fevral 2021 il
    © AR Ministry of Internal Affairs
  • Bakıda qar təmizləyən texnika 24 fevral 2021 il
    © AR Ministry of Internal Affairs
  • Bakıda qar təmizləyən texnika 24 fevral 2021 il
    © AR Ministry of Internal Affairs
1 / 3
© AR Ministry of Internal Affairs
Bakıda qar təmizləyən texnika 24 fevral 2021 il

O bildirib ki, eyni zamanda da paytaxtın hündür ərazilərində də bu risk yaşanır: "Paytaxtın Yasamal, Yeni Günəşli və Biləcəri enişində hərəkətlə bağlı çətinliklər yaranıb. Buna baxmayaraq, bu ərazilərdə xidmət aparan əməkdaşlarımız sürücülərə yardım edirlər ki, avtomobillər yolun hərəkət istiqamətindən çıxarılsın".

V.Əsədov texniki cəhətdən nasaz, istismara yararsız avtomobillərin sürücülərinə də səslənib: "Texniki cəhətdən nasaz hesab edilən avtomobil sürücülərinə də müraciət edirik. Baxın, səhər saatlarında 9 belə avtomobil yolun hərəkət hissəsində xarab olaraq qalıb ki, bu da həmin ərazilərdə süni sıxlığa, sürücülərin ləngiməsinə səbəb olub. Sürücülərdən tələb edirik ki, tövsiyələrə düzgün riayət etsinlər, yol-hərəkəti haqda qaydalara əməl etsin".

Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər paytaxtda havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bir çox yollar buz bağlayıb.

Teqlər:
sürüşmə, buz, yol, Bakı

Əsas mövzular