CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mindən çox abonentin qaz təchizatında fasilə yaranıb

© pixabay / Andreas LischkaГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Üç kənddə xidmət göstərən, diametri 57 mm olan qaz xəttini minik avtomobil zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb

BAKI, 24 fevral — Sputnik. Qarlı havada yoldan çıxan avtomobil qaz xəttinə çırpılıb. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə də ziyan vurub.

Belə ki, 3 kənddə xidmət göstərən, diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Xaçmaz Regional Qaz İstismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görürlər ki, qazın verilişi tez bir zamanda təmin edilsin.

Xəbər lenti
0