00:20 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
CƏMİYYƏT
Qısa URL
Bakı qarın əsarətində (30)
15 0 0

Fevralın 23-ü saat 16-dan etibarən paytaxtda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bakı və ətraf şəhərlərdə bəzi yollar buz bağlayıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Azərbaycan ərazisində havanın kəskin dəyişməsi beynəlxalq və daxili aviareyslər üzrə uçuşların yerinə yetirilməsinə təsir etməyib. Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Xəbərdə qeyd olunur ki, hazırda Naxçıvan, İstanbul, Antalya və Moskva reyslərinə sərnişinlərin qeydiyyatı başlayıb.

"Havanın kəskin dəyişməsi və güclü qarın yağması daxili və beynəlxalq aviareyslər üzrə uçuşların həyata keçirilməsinə mane olmayıb. Bütün reyslər üzrə uçuşlar cədvəl üzrə yerinə yetirilir. Qısa gecikmələr müşahidə olunur ki, bu da təyyarələrin şaxtaya qarşı xüsusi maye ilə yuyulması ilə əlaqədardır. Bakıdan Naxçıvana saat 8:00-da, Türkiyənin İstanbul şəhərinə isə saat 8:30-da uçuş yerinə yetirilib. Bu gün həmçinin Türkiyənin Antalya şəhərinə və Rusiyanın paytaxtı Moskvaya aviareyslər olacaq".

Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən paytaxtda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bakı və ətraf şəhərlərdə yollarda nəqliyyatın hərəkətində çətinliklər var. Bəzi yollar buz bağlayıb.

Mövzu:
Bakı qarın əsarətində (30)
Teqlər:
hava, uçuş, təyyarə

Əsas mövzular