20:01 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
Bakı qarın əsarətində (30)
18 0 0

Bakı-Rusiya yolunun 130-204 kilometrliyində, Gəndob-Yalama yolunda da buzlaşma var, Bakı-Qazax yolunda isə 10-dan çox avtomobil toqquşub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Respublikanın bir sıra yollarında buzlaşma var. Ağsu aşırımında hərəkət tamamilə dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

 Onun sözlərinə görə, indiyə olan məlumata görə, Bakı-Qazax yolunda 10-dan çox avtomobil toqquşub: "Respublikanın əksər yollarında buzlaşma var. Ağsu aşırımında buzlaşma olduğu üçün hərəkət yoxdur. Bakı-Şamaxı-Yevlax yolunun 78-143 km -də buzlaşma müşahidə olunur. Bakı-Rusiya yolunun130-204 km-də, Gəndob Yalama yolunda da buzlaşma var. Sürücülər yollarda diqqətli olsunlar, hər iki oxu çəkməyən, müvafiq hava şəraitinə uyğun şinləri olmayan avtmobillərlə yola çıxmaq tövsiyə olnmur".

Mövzu:
Bakı qarın əsarətində (30)
Teqlər:
buz, qar, yol, Ağsu

Əsas mövzular