CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntihar dövlət komitəsini hərəkətə keçirdi: zəng vurun

© Depositphotos.com / Shutter2uСилуэт человека за стеклянными блоками
Силуэт человека за стеклянными блоками - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
20 yaşlı Sevil Atakişiyevanın intiharı böyük rezonans doğurub. Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edib

BAKI, 22 fevral — Sputnik. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlayıb və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib və bildirilib ki, aparılan ilkin istintaq araşdırmalarından sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən (860) Qaynar xəttə müraciət etmələrini xahiş edir.

Bildirək ki, 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2001-ci il təvəllüdlü  Atakişiyeva Sevil Samir qızının  fevralın 21-də saat 20 radələrində  paytaxtın Xətai rayonu ərazisində yerləşən  yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti
0