CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bağçalara uşaq qəbulu dayandırılıb

© © Photo: Baku City Executive Power Uşaq bağçalarının açılışına hazırlıq işləri
Uşaq bağçalarının açılışına hazırlıq işləri - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib. Bu günə qədər bağçaya qəbul olunanların bəxti gətirib, çünki yenilərin qəbulu dayandırılıb.

BAKI, 19 fevral - Sputnik. Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib. 

Xəbər lenti
0