CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sinoptiklərimizdən xəbərdarlıq: tut ucundan, çıx göyə

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Qış ərzində bircə gün qar görüb sabahısı gün işığına bürünən Bakıya intensiv yağış yağacaq. Bəzi rayonlarda isə yollar buz bağlayacaq

BAKI, 19 fevral - Sputnik. Günəşli, amma soyuq gündən sonra paytaxtda hava yenidən dəyişəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə  intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi  yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.   

 

Xəbər lenti
0