07:34 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
CƏMİYYƏT
Qısa URL
5020

Sputnik Azərbaycan-ın "Telegram" kanalı heç vaxt Azərbaycanın və azərbaycanlıların adını ləkələyən xəbərlər yaymayıb.

BAKI, 19 fevral — Sputnik. Bu günlərdə "Telegram"-da Sputnik Azərbaycan-ın adından qərəzli informasiya yayan saxta kanal peyda olub. Oxucularımızı xəbərdar etmək istəyirik ki, bizim rəsmi Sputnik Azərbaycan https://t.me/AzeSputnik kanalından başqa heç bir "Telegram" kanalımız yoxdur.

Sizə bir il yarım ərzində bizimlə olduğunuza, bizə etibar etdiyinizə və abunəçi sayımızın artmasına kömək etdiyinizə görə minnətdarıq! Sizin Sputnik Azərbaycan brendi altında Azərbaycanı və azərbaycanlıları ləkələməyə çalışan xəbərlər yayan şəxslərə aldanmağınızı istəmirik.

Biz sizin üçün çalışırıq.

Hörmətlə: Sputnik Azərbaycan kanalının administrasiyası.

Teqlər:
Telegram, Sputnik Azərbaycan

Əsas mövzular