CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaya sənəd qəbulu başa çatıb

© AFP 2023 / NATALIA KOLESNIKOVAСтуденты, фото из архива
Студенты, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib.

BAKI, 19 fevral — Sputnik. 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. Sputnik Azərbaycan-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib.

Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 19764 olub, onlardan 18026-sı Azərbaycan, 1738-i rus bölməsindəndir.

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0