CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəssabların harayı: "Toylara icazə verin, ət bazarı canlansın"

© Sputnik / Ilham MustafayevМясник, фото из архива
Мясник, фото из архива  - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Pandemiyadan öncə 1 kiloqramı 10-11 manata satılan ətin qiyməti hazırda 9-9,5, hətta 8,5 manata təklif edilir.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 fevral - Sputnik. Koronavirus pandemiyası qərb bölgəsində ətin qiymətinə təsir edib. Bunu ət dükanlarının qarşısına vurulan qiymət lövhələrində də görmək mümkündür. Pandemiyadan öncə 1 kiloqramı 10-11 manata satılan ətin qiyməti hazırda 9-9,5, hətta 8,5 manata təklif edilir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Qazax rayonunda bunun səbəblərini araşdırıb. Ət satışı ilə məşğul olan şəxslər qiymətin toy və ehsan süfrələrinə qoyulan qadağanın təsirilə düşdüyünü bildiriblər. Kökəltmə təsərrüfatı ilə məşğul olan fermer Səfər Əliyev uzun müddətdir toyların qadağan edilməsi səbəbilə əllərində külli miqdarda satılıq malın qaldığını bildirib. Bu səbəbdən qəssabların qoyduğu qiymətlə razılşmağa məcbur olduqlarını söyləyib:

© Sputnik / Ilham MustafayevSəfər Əliyev
Qəssabların harayı: Toylara icazə verin, ət bazarı canlansın - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Səfər Əliyev
“Artıq 1 ildir toylar dayanıb. Bu səbəbdən bordaq təsərrüfatlarında çox sayda kəsimə hazır mal qalıb. Onlar kəsilməli olduğundan məcburuq aşağı qiymətə də olsa verək ki, çəkidən düşməsinlər. Pandemiya dövründən əvvəl kilosunu 10 manata satırdıq. İndi əsasən 9 manata, məcbur qalanda səkkiz əlliyə veririk. Biraz da belə davam etsə, bordaqçıların çoxu müflisləşməyə gedəcək”.

Digər təsərrüfat sahibi Məhəmməd Məmmədov isə ot və yemin hər gün qalxdığını, hazır məhsul olan kəsimə hazır heyvanın qiymətinin isə düşdüyünü deyib:

© Sputnik / Ilham MustafayevPandemiyadan öncə 1 kiloqramı 10-11 manata satılan ətin qiyməti hazırda 9-9,5, hətta 8,5 manata təklif edilir
Qəssabların harayı: Toylara icazə verin, ət bazarı canlansın - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Pandemiyadan öncə 1 kiloqramı 10-11 manata satılan ətin qiyməti hazırda 9-9,5, hətta 8,5 manata təklif edilir
“20 erkək danaya baxıram. Həmişə yemin kilosunu 35 qəpiyə alırdım. İndi 50 qəpik olub. Ot bağlaması 6 manatdır. Amma kəsim vaxtı gələndə alıcı tapmırıq. Malın çəkisi artdıqca, qiyməti düşür. İri çəkili malları qəssablar sata bilmir deyə almırlar. Ona görə 140-150 kilo olanda satmalı oluruq. Çəki artdıqca, qəssab da ucuz alır, saxlanması da çox xərc aparır”.

Qəssablar isə qiymətin aşağı düşməsinin kəskin xarakter daşımadığını deyiblər. Əti daha ucuz qiymətə satanlara isə qəssablar şübhə ilə yanaşırlar. Onların fikrincə, qiyməti endirənlər adətən insanların alıcılıq qabiliyyətinin zəif olmasından istifadə edərək onlara digər heyvanların ətini sırıyırlar. 
13 ildir ət kəsimi ilə məşğul olan Nurlan Babayev hazırda ətin kiloqramını 10 manata satır. O dükanında yalnız erkək dana əti satdığını və bu qiymətin 1 ildir dəyişmədiyini söyləyib:

© Sputnik / Ilham MustafayevNurlan Babayev
Qəssabların harayı: Toylara icazə verin, ət bazarı canlansın - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Nurlan Babayev

“Hazırda stabil qiymət 10 manatdır. Aşağı edib 9 manat 50 qəpiyə satmaq olar. Amma 9-a, 8,5-ə heç yeri yoxdur. Pandemiya başlayandan insanların alıcılıq qabiliyyəti zəifləyib. Yəqin bəzi satıcılar bundan istifadə edib bazarı daha çox ələ almaq məqsədi güdür. Lakin bazarın hazırkı qiymətlərilə ucuz qiymətə erkək dana əti satmaq mümkün deyil. Mümkün olsa belə bu daimi ola bilməz”.

Qəssab Şəmsi Mahmudov isə bazarla ayaqlaşmaq üçün satışı 9,5 manata salıb. Lakin mövcud şəraitdə qiymətin ondan aşağı salınmasının mümkün olmadığını söyləyib:

© Sputnik / Ilham MustafayevKoronavirus pandemiyası qərb bölgəsində ətin qiymətinə təsir edib
Qəssabların harayı: Toylara icazə verin, ət bazarı canlansın - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Koronavirus pandemiyası qərb bölgəsində ətin qiymətinə təsir edib
“Heyvan sahbindən malın kilosunu 9 manata alırıq. Dükana gələnə kimi 13 manat məntəqəyə, 10 manat kəsənə, 20 manat maşına veririk. Bunun sosialı, vergisi, kommunalı, suyu-kanalizasiyası, kirayəsi var. Yəqin ucuz satanlar araya başqa ətlər qatırlar ki, daha aşağı qiymətə verə bilirlər. Heç kim malından bezməyib ki, diri çəkini 7 manata verə, qəssablar da 8 manata sata”.

Qəssab Əsəd Mədədov isə rayonda ən aşağı qiymətə ət satışını həyata keçirdiyini iddia edir. O, kökəltmə təsərrüfatlarından aldığı malın üstünə cüzi pul qoyaraq satdığını, malın baş-ayağı, içalatından qalan xeyirin ona bəs etdiyini deyib:

© Sputnik / Ilham MustafayevƏt, arxiv şəkli
Ət - Sputnik Azərbaycan
1/5
Ət
© Sputnik / Ilham MustafayevƏt, arxiv şəkli
Ət - Sputnik Azərbaycan
2/5
Ət
© Sputnik / Ilham MustafayevQəssab, arxiv şəkli
Qəssab - Sputnik Azərbaycan
3/5
Qəssab
© Sputnik / Ilham Mustafayev
Qitmət elanı - Sputnik Azərbaycan
4/5
© Sputnik / Ilham Mustafayev
Qitmət elanı - Sputnik Azərbaycan
5/5
1/5
Ət
2/5
Ət
3/5
Qəssab
4/5
5/5

“Rayonda yalnız mən dana ətini 8 manat 50 qəpiyə satıram. Heyvanın ətini 8.20-yə alıb 8.50-yə satıram. Baş-ayağı, içalatından qalan mənə bəs edir”.

Qəssablarla söhbət zamanı quzu ətinin əksinə, bahalaşdığı məlum olub. Onların sözünə görə bu, mövsümlə əlaqədardır. Çünki xırdabuynuzlu heyvanların balavermə mövsümü başlayır, kəsiləsi faraş quzular isə azlıq təşkil edir. 

Xəbər lenti
0