CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xınalıq yolu açıldı

© Sputnik / Leyla AbdullayevaQuba və Xızı rayonlarına qar yağıb
Quba və Xızı rayonlarına qar yağıb - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Ötən sutka ərzində ölkədə hava şəraiti pisləşib. Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Quba rayonu, Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində gecə saatlarında baş vermiş qar uçqunu təmizlənib.

Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, hazırda sözügedən yol ilə nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

A.Nəcəfli bildirib ki, digər yollarda da avtomobillərin hərəkətində heç bir problem yoxdur. Yollar qar və buzdan təmizlənib, qum-duz səpilib.

Xəbər lenti
0