17:03 13 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
CƏMİYYƏT
Qısa URL
3310

Dünəndən başlayaraq Azərbaycan ərazisində hava şəraitinin dəyişməsi yollarda problemlər yaradıb: bəzilərini buz tutub, hərəkət məhdudlaşıb. AAYDA əməkdaşları hərəkətin normal təminatı üçün işlər görürlər.

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı hava şəraiti ilə bağlı ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hazırda marşrut boyu yağıntı yoxdur. Nəqliyyatın hərəkəti təmin olunub. Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Giləzi-Xızı avtomobil yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hal-hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir. Yolda nəqliyyatın hərəkəti təmin olunub.

Bakı-Qobustan avtomobil yolunda səhər saatlarından başlayaraq qar yağır, hazırda yola qum və duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı avtomobil yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum və duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax avtomobil yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul avtomobil yolunda yolun Bakı-Ələt hissəsində zəif qar yağır, Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul-Ucar-Yevlax avtomobil yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı avtomobil yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağib. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.

Teqlər:
AAYDA, Azərbaycan, Xınalıq, qar uçqunu, hərəkət, yol, buz, qar

Əsas mövzular