CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN zəncirlənmiş oğru barədə

© Sputnik / Mediabanka keçidЧеловек и цепи
Человек и цепи - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxıb marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alıb və sosial şəbəkələrdə yayıb.

BAKI, 17 fevral — Sputnik. Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb.

DİN mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub.

Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxıb marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alıb və sosial şəbəkələrdə yayıb.

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Xəbər lenti
0