13:31 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
2210

15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində (Dağıstanda) baş vermiş qarşıdurma zamanı 10 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tutulub

BAKI, 16 fevral - Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyi 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində baş vermiş qarşıdurma zamanı tutulan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, səfirlikdən bu müddət ərzində həmin məsələnin diqqətdə saxlanıldığı, səfirliyin əməkdaşlarının tutulan şəxslərlə, eyni zamanda, Rusiyanın müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçirdiyi, səfirliyin səlahiyyətləri çərçivəsində Azərbaycan vətəndaşlarına hərtərəfli yardım göstərildiyi vurğulanıb.

Ночной бунт: что происходило на азербайджано-российской границе
YouTube / Kanal 32/ Instagram /_OBUV_LUXE_NAZAKAZ

Bildirilib ki, Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehtiyev, Tural Qiyasov Elmar Musayev barəsində başladılan cinayət işinə xitam verilib və onlar sərbəst buraxılıblar.

Ənvər Muradov Dərbənd rayon məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Digər iki Azərbaycan vətəndaşı - Rövşən Hüseynov Emin İmaməliyevə gəldikdə isə onlar Rusiya Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham olunurlar. Onların cinayət işi baxılması üçün Dağıstan Respublikasının Məhərrəmkənd rayon məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadırlar.

Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni diqqətdə saxlamağa davam edəcək.

Qeyd edək ki, 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində (Dağıstanda) baş vermiş qarşıdurma zamanı 10 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Teqlər:
Azərbaycan, Rusiya, həbs, azərbaycanlı, Dağıstan

Əsas mövzular