22:07 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
CƏMİYYƏT
Qısa URL
1210

Ötən il ov üçün qısa müddətlik icazələr verildi, lakin sonradan Vətən müharibəsinin başlaması ilə əlaqədar yenidən dayandırıldı.

BAKI, 16 fevral — Sputnik. "Ov üçün verilən icazələr fevral ayının 28-də dayandırılacaq". Sputnik Azərbaycan-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

O qeyd edib ki, Vətən müharibəsi ilə əlaqədar dayandırılan ov mövsümü bu il yanvar ayının ortalarında bərpa olundu: "Ötən il ov mövsümü pandemiya ilə əlaqədar xeyli müddət dayandırıldı. Qısa müddətlik icazələr verildi, lakin sonradan Vətən müharibəsinin başlaması ilə əlaqədar yenidən ara verildi. Bu il yanvarın ortalarında ov üçün icazələr bərpa olundu və fevralın 28-i bitəcək. Mövsüm bitəndə vətəndaşlara nə qədər icazə sənədi verildiyi barədə mətbuata açıqlama veriləcək".

Teqlər:
sənəd, icazə, mövsüm, ov

Əsas mövzular