13:22 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
9 0 0

"Biz müraciətlər əsasında preventiv tədbirlər həyata keçirə bilirik""Biz müraciətlər əsasında preventiv tədbirlər həyata keçirə bilirik"

 

BAKI, 16 fevral — Sputnik. Son 4 ildə Azərbaycanda qanunsuz meşə qırılmalarının həcmi 5,5 dəfə, başqa sözlə, 45 min kubmetr azalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Bunu çox böyük göstərici sayan H.Əlizadə qeyd edib ki, 2017-ci ildə qeydə alınmış qanunsuz meşə qırılmalarının həcmi 55 min kubmetr, 2018-ci ildə 28 min kub metr olub. 2019-cu ildə bu göstərici 18 minə, 2020-ci ildə 10 min kub metrə enib: "Bəzən sosial şəbəkələrdə şəxsi ədavətə əsasən məlumatlar yerləşdirilir. Əlbəttə ki, biz müraciətlər əsasında preventiv tədbirlər həyata keçirə bilirik. Amma şəxsi ədavət üzərində qurulan məlumatlar bizim işimizi ləngidir, ona əlavə xərclər sərf edilir".

Teqlər:
ETSN, qanunsuz ağac kəsilməsi faktı, ağac kəsilməsi, meşə

Əsas mövzular