02:13 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
24 0 0

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında peyvənd olunacaq şəxslər şəxsiyyət vəsiqələri ilə və sosial məsafəni gözləməklə yaradılmış peyvənd məntəqələrinə yaxınlaşır.

BAKI, 16 fevral — Sputnik. Bu gündən Azərbaycanda hərbi qulluqçuların yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyasına başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Ordusunda COVID-19 əleyhinə vaksinasiya prosesi "SARS-COV-2 vaksinasiyasına rəhbərliyin" tələblərinə riayət olunaraq aparılır.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında peyvənd olunacaq şəxslər şəxsiyyət vəsiqələri ilə və sosial məsafəni gözləməklə yaradılmış peyvənd məntəqələrinə yaxınlaşır, sonra müvafiq jurnalda qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçdikdən sonra həkim tərəfindən onlara tibbi baxış keçirilir, bədən hərarəti yoxlanılır, COVID-19 xəstəliyini keçirib-keçirməməsi, əks göstərişlərin olub-olmaması müəyyənləşdirilir.

  • Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb
    © AR Ministry of Defence
  • Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb
    © AR Ministry of Defence
  • Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb

Xatırladaq ki, təlimata görə, son 6 ay ərzində xəstəliyi keçirənlərə peyvənd vurulmur. Hər hansı bir əks-göstərişi olmayanlar peyvənd vurulma otağına daxil olurlar. Burada onları peyvənd qrupları qarşılayır. Aseptika və antiseptika qaydaları gözlənilməklə və soyuq zəncir prinsiplərinə əməl edilərək saxlanılmış peyvənd vurulur. Vaksinasiya olunmuş şəxs xüsusi ayrılmış palatada 30 dəqiqə ərzində müşahidədə saxlanılır, hər hansı bir ciddi əlamət müşahidə edilməzsə, evə yaxud xidmət yerinə buraxılır.

Əsas mövzular