CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günün koronavirus statistikası: Yoluxma azalır

© Sputnik / Rahim MuradovВакцинация от коронавируса в Азербайджане
Вакцинация от коронавируса в Азербайджане  - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Hazırkı dövrədək ölkəmizdə 232 min 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 760 nəfər müalicə olunaraq sağalıb, 3183 nəfər vəfat edib. Aktiv xəstə sayı 2254 nəfərdir.

BAKI, 15 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasından 106 nəfər müalicə olunaraq sağalıb, 74 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 232 min 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 760 nəfər müalicə olunaraq sağalıb, 3183 nəfər vəfat edib. Aktiv xəstə sayı 2254 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 506 min 5 test aparılıb. Bugünkü test sayı isə 4160-dır.

Xəbər lenti
0