12:21 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
18 0 0

Sərginin virtual ekspozisiyasında "Xocalı - şəhid şəhər" adlı müsabiqənin yekun sərgisinin iştirakçılarının da bəzi işləri yer alacaq.

BAKI, 15 fevral — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə fevralın 24-dən 27-dək Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş "Xocalı-Tarixi Ədalət" adlı virtual sərgi keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, sərgidə nümayiş olunan əsərlər zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, Xocalıdakı mülki insanların məqsədyönlü şəkildə kütləvi məhvinə yönəlmiş qanlı cinayətləri, lakin buna baxmayaraq şəhərin müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdliyi, döyüşən əsgərlərimizin şücaətini, xalqımızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirir. Son 44 günlük müharibə zamanı rəşadətli Azərbaycan Ordusunun düşmənin silahlı qüvvələrini məhv etməsi, torpaqlarımızın işğaldan azad edilməsi Xocalı faciəsinin qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.

Sərginin virtual ekspozisiyasında Nazim Məmmədov, Bayram Qasımxanlı, Fuad Qafarov, Cəmil Quliyev, Mirzəağa Qafarov, Nazim Rəhmanov kimi rəssamların Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərləri, eyni zamanda "Xocalı - şəhid şəhər" adlı müsabiqənin yekun sərgisinin iştirakçılarının bəzi işləri yer alacaq.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkün olacaq.

Teqlər:
virtual, sərgi, Xocalı qətliamı, Xocalı

Əsas mövzular