20:59 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
14 0 0

Ssenari müəllifləri Rüfət Həmzəyev və Ülviyyə Heydərova, quruluşçu rejissoru Elnur Məmmədov olan sənədli filimin operatorları Cavid Əliyev və Oqtay Qasımovdur.

BAKI, 13 fevral — Sputnik. Azərbaycan Televiziyasının 65 illik yubileyi ilə bağlı sənədli film çəkilib.

Sputnik Azerbaycan xəbər verir ki, "Mehdi Hüseyn küçəsi, 1" adlı sənədli filmin hazırlığı və çəkilişi 4 aya yaxın davam edib.

Filmdə simvolik olaraq 65 müsahibin fikirlərinə yer verilib. 65 dəqiqəlik sənədli filmdə arxiv kadrlardan geniş istifadə olunub. "Mehdi Hüseyn küçəsi, 1"də TV-nin yarandığı vaxta qədər radionun rolu, televiziyanın ilkin inkişaf mərhələləri, kino sahəsinin mütəxəsislərinin burada iştirakı və digər xronoloji ardıcıllıqlardan bəhs edilib.

Sənədli filmin əsas xətti isə ümumilikdə 95 illlik teleradio tarixində Azərbaycan Televiziya və Radiosunun 3 müharibənin şahidi və iştirakçısı olmasıdır: Böyük Vətən müharibəsində radio ilə, Birinci Qarabağ və Vətən müharibəsində isə TV kanalı ilə.

Qeyd edək ki, Şərqdə ilk televiziya 1956-cı ildə Azərbaycanda fəaliyyətə başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk efir günü ekranda mərhum aktrisa Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Ssenari müəllifləri Rüfət Həmzəyev və Ülviyyə Heydərova, quruluşçu rejissoru Elnur Məmmədov olan sənədli filimin operatorları Cavid Əliyev və Oqtay Qasımovdur.

"Mehdi Hüseyn küçəsi, 1" fevralın 14-ü saat 22:40-da AzTV-də yayımlanacaq.

Əsas mövzular