"General Polad" adlı mahnının sözləri Baba Vəziroğlu, musiqisi Nailə Mirməmmədlinindir. Aslan Əzimzadənin ifasında çəkilmiş klip Bakı Dövlət Universitetinin və Azərbaycan Film Akademiyasının birgə təşkilatçılığı ilə çəkilib.
BAKI, 13 fevral — Sputnik. Milli Qəhrəman general-mayor Polad Həşimovun əziz xatirəsinə musiqi həsr olunub. Sputnik Azərbaycan xəbər verir ki, "General Polad" adlı mahnının sözləri Baba Vəziroğlu, musiqisi Nailə Mirməmmədlinindir. Aslan Əzimzadənin ifasında çəkilmiş klip Bakı Dövlət Universitetinin və Azərbaycan Film Akademiyasının birgə təşkilatçılığı ilə çəkilib.
Qeyd edək ki, bu musiqi mərhum bəstəkar Nailə Mirməmmədlinin son bəstələrindəndir.
Ucar Rayon İcra Hakimiyyətinin Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalovun sözlərinə görə, yoluxanlar arasında azyaşlı uşaqlar və bağçanın əməkdaşları da var.