CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həqiqi hərbi xidmət haqda narahatlıqlara cavab: "Uzatmaq lazım deyil"

© AFP 2023Военнослужаюший в городе Шуша, фото из архива
Военнослужаюший в городе Шуша, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
Deputat: "Bu gün ordu sıralarında qulluq etmək hər bir azərbaycanlı gənc üçün şərəf məsələsidir. Ümumiyyətlə, Azərbaycanda ordudan yayınma halları, demək olar ki, yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. "Azərbaycanda hərbi qulluq müddətinin artırılması məsələsi gündəmdə deyil və müzakirə edilmir". Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2021
QARABAĞ
Ermənistan ordusunda nə baş verir və niyə "Qarabağ dövləti"ndən dəm vururlar?

Deputat bildirib ki, hazırda orta təhsilli şəxslərin 1 il 6 ay, ali təhsilli şəxslərin isə 1 il hərbi xidmət etməsi çox optimal variant sayılır: "Bu gün ordu sıralarında qulluq etmək hər bir azərbaycanlı gənc üçün şərəf məsələsidir. Ümumiyyətlə, Azərbaycanda ordudan yayınma halları, demək olar ki, yoxdur. Hər hansı formada bu məsələlər barəsində müzakirə aparılmır. İndiki dövrdə mövcud hərbi qulluq müddətini optimal hesab edirəm".

Ermənistanda hərbi qulluq müddətinin azaldılmasının müzakirə edilməsi məsələsinə də münasibət bildirən millət vəkili deyib ki, Ermənistan qonşusu Azərbaycanın torpaqlarını işğal etməklə və büdcəsinin böyük hissəsini hərbi sahəyə yönəltməklə çox ağır duruma düşüb:

"Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması, dənizə çıxışının olmaması, eyin zamanda aqressiv siyasəti onun iqtisadiyyatını çox bərpad vəziyyətə salıb. Görünür, Ermənistanda az da olsa, anlamağa başlayırlar ki, vəziyyətdən çıxış yolu hərbi xərclərin azaldılmasıdır. Ermənistanın Azərbaycan torpaqlarını yenidən işğal etməsi mümkün deyil.

Səhv etmirəmsə, Ermənistanda əsgərlərin Azərbaycan ərazisinə göndərilməməsi ilə bağlı qərar qəbul edilib. Bu isə istər-istəməz hərbi xərclərin müəyyən qədər azaldılmasına gətirib çıxardacaq. Düzdür, bu addım həm də büdcənin bir qədər azad nəfəs alması deməkdir. Amma Ermənistan qonşu dövlətlərlə normal münasibət yaratmasa, öz iqtisadiyyatını qurması, əhalinin sosial vəziyyətini yaxşılaşdırması qeyri-mümkün olacaq".

Xəbər lenti
0