CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ev deyil, həzz yuvası: Adamların nə çəkdiyi anlaşıldı

© AP Photo / Arnulfo FrancoУничтожение наркотиков, фото из архива
Уничтожение наркотиков, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
Şəxsi axtarış zamanı şəxsdən marixuana və metamfetamin aşkar edilibŞəxsi axtarış zamanı şəxsdən marixuana və metamfetamin aşkar edilib.

BAKI, 12 fevral — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini O.Cahangirzadə Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 69 qrama yaxın narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər, o cümlədən 1 kiloqram 10 qramdan artıq heroin, 54 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Xəbər lenti
0