CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsi namizədlərinin onlayn səsverməsi başlayır

© © AP Photo/Andreea Alexandru/MediafaxЗолотые монеты, фото из архива
Золотые монеты, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Müsabiqənin sonuncu – onlayn səsvermə mərhələsi 12 fevral saat 00:00-dan etibarən başlayır. www.azergold.gift paltformasında həyata keçirilən səsvermə 15 fevral saat 00:00-dək davam edəcək

BAKI, 11 fevral — Sputnik. "Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinin onlayn səsvermə mərhələsinə start verilir. Bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki,  "AzerGold" QSC və Heydər Əliyev Mərkəzinin təsis etdiyi "Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinə təqdim edilən layihələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi mərhələsi sona çatıb.

Müsabiqəyə təqdim olunmuş 887 layihədən final mərhələsinə vəsiqə qazanan 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında 1, 2 və 3-cü yerin qalibləri seçilib.

Qeyd edək ki, müsabiqənin sonuncu – onlayn səsvermə mərhələsi 12 fevral saat 00:00-dan etibarən başlayır. www.azergold.gift paltformasında həyata keçirilən səsvermə 15 fevral saat 00:00-dək davam edəcək. Müsabiqənin əsas mərhələsinə vəsiqə qazanmış 195 layihə arasından ən çox bəyənmə toplamış layihə ictimaiyyət nümayəndələrinin seçimi əsasında "İzləyici rəğbəti" nominasiyasının qalibi seçiləcək. Bütün qaliblər 17 fevral tarixində "AzerGold" QSC-nin inzibati binasında baş tutacaq mükafatlandırma mərasimində elan olunacaq.

Xatırladaq ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbəyə həsr edilən dizayn müsabiqəsinin keçirilməsində əsas məqsəd işğaldan azad edilən Qarabağ torpaqlarımızın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrinin təbliği işinə töhvə verməkdir.

"Qarabağ inciləri" dizayn müsabiqəsində ilk 3 yerin və "İzləyici rəğbəti" nominasiyasının qalibinə diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer və nominasiya qalibi 1000 AZN) təqdim olunacaq.

Xəbər lenti
0