Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 10 fevral — Sputnik. Vətən müharibəsində itkin düşmüş hərbçimizin şəhid olması xəbəri gəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Şabran rayon Surra kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğlu iyul ayında hərbi xidmətə yola düşüb. Müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Ailəsi ilə son danışığı oktyabr ayının 11-də olub.

Ondan sonra ailə Əmirağadan heç bir xəbər ala bilməyib. O, Füzuli döyüşlərində itkin düşüb.
Şəhid iki bacının bir qardaşıdır. Şəhid Ağayev Əmirağa sabah günorta saatlarında doğulduğu Şabran rayonunda torpağa tapşırılacaq.