CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sərnişinlərin şikayət etdikləri şirkəti cəzalandırdılar

© Baku Transport AgencyАвтобус на спецполосе в Баку, фото из архива
Автобус на спецполосе в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilərək Yavər Əliyev küçəsi müəyyən edilib

BAKI, 10 fevral — Sputnik. Sabahdan 35 nömrəli müntəzəm marşrut xətti (Yavər Əliyev küç (Akkord binaları) – Ramiz Quliyev (Bravo market)) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən 12-metrlik "BakuBus" MMC-yə məxsus avtobuslarla icra ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yayıb.

"Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilərək Yavər Əliyev küçəsi müəyyən edilib.

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.02.2021
CƏMİYYƏT
Bakıda avtobus marşrutlarının informasiya sistemi hazırlanacaq

Dəyişiklik sayəsində 35 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. Xətt üzrə avtobuslarda gedişhaqqı nağdsız qaydada "BakıKart" vasitəsilə həyata keçiriləcək. Bununla da nağdsız qaydada fəaliyyət göstərən marşrutların sayı 47-yə çatacaq.

Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 35 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı "Kənan-2000" şirkətinə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.

Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 35 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə olunub", - məlumatda bildirilir.

Xəbər lenti
0