19:54 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
13 0 0

Təhsil Nazirliyinə şəhid və qazi ailəsi üzvləri tərəfindən işə qəbulla əlaqədar 56 müraciət daxil olub

 

BAKI, 10 fevral — Sputnik. Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb. Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.

Belə ki, Təhsil Nazirliyinə şəhid və qazi ailəsi üzvləri tərəfindən işə qəbulla əlaqədar 56 müraciət daxil olub, müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 23 müraciət müsbət həllini tapıb.

Teqlər:
Azərbaycan Təhsil Nazirliyi, qazi, şəhid ailələri, vakansiya, işə qəbul

Əsas mövzular