01:57 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
CƏMİYYƏT
Qısa URL
570 0 0

Pəri Əsgərova: "Siz təsəvvür edin ki, o möhtəşəm ana necə sadədir. Qıza deyir ki, Poladı hansı əlinlə çəkmisən, gətir o əlini öpüm"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Tanınmış rəssam Pəri Əsgərova adı və ölümü ilə qəhrəmanlıq tarixi yazan general Polad Həşimovun anası ilə birgə rəsmini çəkərək onu ailəsinə təqdim edib. Sputnik Azərbaycan-a bu haqda açıqlama verən Pəri Əsgərova "Polad ana" portretinin 1 həftə ərzində ərsəyə gəldiyini deyir:

"Artıq rəsmi Polad Həşimovun ailəsinə təqdim etmişəm. Sən demə, ailənin Sumqayıtda yaşadığı bina evində qapı heç zaman bağlı olmur. Polad Həşimovun anası deyir ki, Poladın evinin qapısı hamının üzünə açıqdır, hər kəs gələ bilər. Çox gözəl, səmimi ailədir. Mənimlə yanaşı, balaca qızcığaz da Polad Həşimovun şəklini çəkmişdi, buna görə ailəni elə birgə ziyarət etdik. Siz təsəvvür edin ki, o möhtəşəm ana necə sadədir. Qıza deyir ki, Poladı hansı əlinlə çəkmisən, gətir o əlini öpüm. Oradan çox böyük təəssüratla ayrıldıq".

Qeyd edək ki, möhtəşəm əsərin ölçüsü 60x80 olan bu portret yağlı və akril boya ilə çəkilib.

Əsas mövzular